FHN xilasediciləri Sabirabad və Saatlı rayonlarında 250-dən çox sakinin həyatı xilas edib

img

27-05-2010 [05:22]


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən Sabirabad və Saatlı rayonlarında 250-dən çox sakinin həyatı xilas edilib. FHN-in mətbuat xidmətindən MİA-ya verilən məlumatda bildirilir ki, 24 may 2010-cu il tarixində Sarısu gölündə bəndin yuyulması ilə daşqın sularının ətrafa yayılması nəticəsində Sabirabad və Saatlı rayonlarının təhlükəli vəziyyətə düşmüş bəzi yaşayış məntəqələrində bu günədək təxliyədən imtina edən 250-dən artıq sakin xilasedicilər tərəfindən xilas olunublar. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA