Bakıda və Sumqayıtda işıqları söndür - Partlayışa görə

img

27-12-2016 [13:06]


Bakı və Sumqayıtdakı elektrik stansiyalarının qaz təchizatı dayandırılıb.

"Azərişıq”ASC problemlə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

Bununla əlaqədar olaraq, "Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

Yaranmış narahatlığa görə "Azərişıq” abonentlərindən üzr istəyir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA