Zakir Həsənov əmr verdi - Hərbi qulluqçulara "polkovnik" rütbəsi təqdim olundu

img

26-12-2016 [19:40]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən, son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. General-polkovnik Z. Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq hər bir hərbi qulluqçu üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA