Prezident yaşayış minimumu və ehtiyac meyarını artırdı - Sərəncam

img

26-12-2016 [19:39]


İlham Əliyev "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilib.

Müvafiq qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA