26-12-2016 [18:12]
Deputat Astan Şahverdiyevin "Azadlıq” radiosuna verdiyi müsahibədə Rusiyada işləyən azərbaycanlıları aşağılayaraq, onları "otxod” adlandırması cəmiyyətdə etirazla qarşılanıb.
Deputatın Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin elektrik enerjisinin tez-tez kəsilməsi ilə bağlı etiraz etmələrinə kobud yanaşması, onları sərxoş və narkoman adlandırması da ona mənfi imic qazandırıb.
İş o yerə çatıb ki, hətta Astan Şahverdiyevin səsləndirdiyi fikirləri Milli Məclisdəki həmkarları da qınayıblar.
Mia.az xəbər verir ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında həmkarının səsləndirdiyi fikirlərə etirazını bu formada bildirib:
"Astan Şahverdiyevin səsləndirdiyi fikirlərlə bağlı iki məqama münasibətimi bildirmək istərdim.
Birincisi, Biləsuvarda baş verən hadisələrlə bağlı Astan müəlllim qeyd edir ki, "hakimiyyətdən narazı bir qrup insanlar var” və sairə.
Qeyd edim ki, mətbuatdan əldə etdiyimiz məlumatlara görə, oradakı insanlar dövlətə, dövlətçiliyə sadiq insanlardır. Sadəcə, kommunal xərclərə görə baş verən müəyyən problemlə bağlı etirazlarını bildiriblər. Etirazlarını bir az emosional formada bildiriblər. Təbii ki, buna hüquqi qiymət veriləcək. Amma ora toplaşan bütün insanları dövlətə, hakimiyyətə qarşı çıxan kimi qələmə vermək yolverilməzdir.
İkincisi, ən böyük qüsur Rusiyada, eləcə də, dünyanın hansısa ölkəsində işləyən insanlarımızı kobud formada qələmə verməkdir. Rusiyada yaşayan onlarla, yüzlərlə insan tanıyıram. Onların içində çoxsaylı dostlarım, qohumlarım var. İqtisadi problemlərlə bağlı daha çox qazanc əldə etmək məqsədilə Rusiyaya gediblər və Azərbaycan dövlətini, dövlətçiliyini cənab prezidentimizin siyasi xəttini də dəstəkləyirlər.
Yeri gələndə, orada cəmiyyətlər, təşkilatlar, mədəniyyət mərkəzləri yaradıb, fəaliyyət göstərirlər. Ölkə ilə bağlı tədbirlər keçirirlər. Bu insanların içərisində ali təhsilli, savadlı ziyalılarımız var. Lazım gələndə ailəni saxlamaq üçün onlar ticarətlə də məşğul ola bilərlər. Burada qəbahət heç nə yoxdur”.
Çingiz Qənizadənin sözlərinə görə, şəxs, fikirlərini ifadə edərkən, olduğu vəziyyəti nəzərə almalıdır:
"Əvvəla, biz deputatların olduqca həssas məsələlərdə səhv etmək ixtiyarı yoxdur. Biz seçilmiş insanlarıq. Ona görə də hər bir kəlməni, ifadəni işlədərkən düşünməliyik ki, bu, necə əks-səda verəcək. Eyni zamanda, fikirlərimizi ifadə edərkən, hansı vəziyyətdə olmağımızı da nəzərə almalıyıq. Hansısa bir vəziyyətdə fikirləri qırıq-qırıq, tam olmayan formada ifadə etdikdə ortaya problemlər çıxacaq”.
Çingiz Qənizadə həmkarının işlətdiyi ifadələrə görə üzr də istəyib:
"Biz xarici ölkələrdə insanların bir qisminin yanacaqdoldurma məntəqəsində çalışdığını, digərlərinin isə başqa işlə məşğul olduğunu görürük. Araşdıranda məlum olur ki, həmin insanlar ali təhsil alıbla. Çörək qazanmaq üçün halal yoldan, hansısa vasitədən istifadə edən, ailəsini, balasını dolandırmaq üçün çöllərə düşən insanları cəmiyyətin "otxod”ları adlandırmaq yolverilməzdir.
Mən də deputatam. Bir millət vəkili olaraq soydaşlarımızın bu formada alçaldılmasına görə üzr istəyirəm. İnsanları belə fikirlərlə ifadə etmək olmaz.
Vaxtilə Qarabağda döyüşmüş, torpaqlarımızn müdafiəsində can qoymuş gözəl ailələrdən çıxmış, kifayət qədər ləyaqətli, cəsarətli, ziyalı insanlarımız Rusiyada və digər ölkələrdə çalışıb, ailələrini dolandırırlar. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu insanların orada olması ilə kasıbçılığın aradan qaldırılmasına xidmət edən məqamlar da var. Onlar pul qazanıb ailələrinə göndərirlər. Ona görə də bu cür fikirlərin işlədilməsinə qəti etirazımı bildirirəm. Sonda fürsətdən istifadə edib dünyada yaşayan azərbaycanlıların qarşıdan gələn Yeni il və Həmrəylik bayramlarını təbrik edirəm. Onlara yeniliklər, bol ruzi-bərəkət arzulayıram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi