Energetika Nazirliyində yanacaqla bağlı müzakirə - Hökumətə sənəd göndərildi

img

26-12-2016 [16:49]


Energetika Nazirliyində "Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı"nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.
 
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, "Azərenerji" ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib. Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb.
 
Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA