Fəlakət zonasında məskunlazmız laçınlılar təhlükəsiz yerlərə köçürülüb

img

27-05-2010 [02:29]


Kür və Araz çaylarının daşması, qrunt sularının üzə çıxması nəticəsində ekoloji problemlər yaranmış ərazilərdə məskunlaşmış laçınlılar təhlükəsiz yerlərə köçürülüblər. Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aqil Nəzərli deyib ki, daşqınların əhatə etdiyi bölgələrdə yaşayan laçınlı məcburi köçkünlərlə ilk gündən sıx əlaqə saxlayırdıq. Bu ailələr təhlükəyə məruz qalanda onları təhlükəsiz ərazilərə yerləşdirdik. Belə ki, Saatlı rayonunun Nərimankənd qəsəbəsindən 17-18 ailəni peşə liseyinin yataqxanasına, Sabirabaddan bir ailəni Şirvan şəhərinə, köçürmüşük. Bu günlərdə Milli Məclisin deputatı Sevindik Hətəmovla birlikdə fəlakət zonasındakı laçınlılarla görüşdük, problemləri ilə maraqlandıq. Adıçəkilən yataqxanada da olduq. Ekoloji problem yaranmış rayonlardakı laçınlı ailələrin taleyi diqqət mərkəzindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA