26-12-2016 [16:04]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb.
Mia.az xəbər verir ki, "Yeni dünya nizamı və milli ideya” adlanan kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub.
Bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir.
Əgər əsərlərin altında tarix göstərilməsəydi, elə güman etmək olardı ki, müəllif onları yenicə qələmə alıb. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, akademik sanki illərin arxasından Azərbaycanın gələcək günlərini, keçəcəyi yolu görürdü. Diqqətli oxucu dərhal görə bilər ki, müasir dünya nizamı Azərbaycanın buradakı yeri və proqnozlaşdırılan gələcəyi, XXI əsrdəki yeni lideri və milli ideya barədə söylədiyi fikirlər, çıxardığı nəticələr zamanın axarında öz təsdiqini bütünlüklə tapıb.
Akademik təkzibolunmaz dəlil- sübutlara əsaslanaraq, onları fəlsəfi fikir süzgəcindən keçirərək hələ 14 il əvvəl belə bir məntiqi nəticəyə gəlmişdi: "Faktlardan qaçmaq olmaz. Onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və tarixinin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq ölkəyə gələcəkdə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir”.
Liderlə bağlı məsələnin mahiyyətini daha dərindən anlamaq üçün bir qədər təfərrüata varmağa, sadə olsa da, bəzi müqayisələr aparmağa ehtiyac duyulur.
Kitabdan sitat: "İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir.
Günümüzün reallığı: Prezident İlham Əliyev öz müdrik və ardıcıl siyasəti ilə Azərbaycanı bu gün dünyada say-seçmə, söz və nüfuz sahibi olan ölkələr sırasına çıxara bilib. Hazırda çox sürətli inkişaf tempinə malik Azərbaycan sayı məhdud olan kosmik ailənin üzvüdür. Azərbaycan aydan-aya, ildən-ilə modernləşir və dünyaya "ASAN xidmət” kimi brendi ilə çıxır, sivilizasiyalararası dialoq mərkəzi, multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır".
Aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademikin yeni kitabı zamanla sınanmış bu və digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.
Azərbaycanda müxtəlif dövrlərdə yürüdülən siyasətin, bu siyasət kontekstində Heydər Əliyev fenomeni haqqında düşüncələrin də yer aldığı kitabda cəmiyyət və dövlət həyatının fəlsəfəsindən, tarixdə şəxsiyyətin rolundan bəhs olunur, hadisələr konkret zaman və tarixi şərait fonunda təhlil edilir. Ötən əsrin 70-ci illərindən başlayaraq müasir dövrümüzədək Azərbaycanda və onun ətrafında cərəyan edən hadisələr, habelə ictimai-siyasi, iqtisadi proseslər fikir süzgəcindən keçirilir. Yeni dünya nizamında milli ideyanın necə yarandığı və formalaşdığı, həyata necə vəsiqə aldığı barədə suallara cavab axtarılır. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin Azərbaycan üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır.
Kitabda neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer verilir.
Vaxtilə İlham Əliyevi yeni dövrün siyasətçisi kimi səciyyələndirən akademik Ramiz Mehdiyev hakimiyyətin varisliyinin Azərbaycan nümunəsi barədə maraqlı mülahizələrini bölüşür.
Nəşrdə, həmçinin Heydər Əliyev şəxsiyyəti üçün xarakterik olan liderlik, xarizmatiklik, müdriklik və digər nadir keyfiyyətlərə, Ulu Öndərin xilaskarlıq missiyasına, milli ideyanın və məfkurənin formalaşdırılması, milli dövlət quruculuğundakı roluna və digər misilsiz xidmətlərinə toxunulur. Müəllif ulu öndər Heydər Əliyevin siyasi portretinə özünəməxsus fəlsəfi ştrixlər əlavə edir.
"Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi