"Azercell"dən “Yeni Il 2017” kampaniyası - Güzəşt və şərtlər

img

26-12-2016 [13:38]


"Azercell Telekom" MMC yeni il münasibəti ilə yeni sərfəli kampaniyalar və unikal xidmətlər ilə abunəçilərini sevindirməyə davam edir.

Şirkət bu münasibətlə hazırladığı "Yeni Il 2017”  kampaniyası abunəçilərə həm 2 fərqli 4g smartfon seçimi, həm də sərfəli danışıq fürsəti verir.

Belə ki, 26 Dekabr 2016-cı ildən etibarən Azercell abunəçiləri "Yeni Il 2017” kampaniyasına qoşularaq, 1 il ərzində ayda sadəcə 25AZN ödəməklə Lenovo 2016 + 5GB internet və ya ayda cəmi 45AZN ödəməklə General Mobile 5+ smartfonu + 5GB internet əldə edəcəklər. Bununla yanaşı, kampaniya abunəçiləri ölkə daxilində sərfəli danışmaq imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri, Azercell Express-lərə və Bakı Diler Şəbəkəsinə müraciət etməlidirlər.

  Yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell bundan sonra da bu tip sərfəli kampaniyaları abunəçilərinə təqdim edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA