Bayramda 5 gün iş olmayacaq - Hökumət qərarı

img

26-12-2016 [10:56]


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

Mia.az apa-ya istinadən məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Ancaq 2016-cı il 31 dekabr tarixi şənbəyə, 1 yanvar 2017-ci il tarixi bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3, 4 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA