25-12-2016 [20:12]
Valyuta bazarında yaşanan gərginlik, bankların dollar satmaqdan imtina etməsi, sahibkarların maliyyə durumunun pisləşməsi əczaçılıq sahəsində ciddi problemlərə yol açıb ki, bu da əhalinin sağlamlığını təhdid edir.
Problemlərdən biri müxtəlif adda dərmanların apteklərdən yoxa çıxmasıdır. Əczaçılar bunun səbəbini aptek sahibinin maliyyə vəziyyətinin pisləşməsi ilə izah edirlər: "Bu sahədə inhisarçılıq yaranıb. Bəzi inhisarçı şirkətlər öz apteklərinə dərmanı ucuz, digərlərinə isə baha verirlər. Beləcə daha çox alıcı cəlb edirlər. Bu da bizim gəlirlərimizə təsir edir. Pul olmayanda isə yeni dərmanlar gətirmək çətinləşir. Alınan hər partiya dərmanın qiyməti öncəkindən ciddi şəkildə fərqlənir. Bahalaşma aptekləri sıradan çıxara bilər".
Bu sözləri "Zeytun" aptekdə çalışan, adının çəkilməsini istəməyən əczaçı deyir.
Başqa bir əczaçı isə dərman qıtlığının səbəbini bankların dollar satmaması ilə əlaqələndirir. Xaricdən dərman gətirənlər indi onu almağa pul tapa bilmir. Hansı dərmanlar anbarlarda varsa, onları gətirib satırıq. ancaq elə dərman var ki, bitib və idxalçı şirkətlər də onları gətirə bilmirlər. Bu səbəbdən alıcılar bizdən narazı gedir. Bir dəfə gəlib reseptdəki dərmanların hamısını bizdə tapa bilməyən alıcı ikinci dəfə başqa yerə üz tutur".
"Avromed" aptekdə çalışan əczaçı isə bildirdi ki, dərmanla təmin olunma baxımından onların apteki daha üstündür: "İndi əksər apteklərdə dərmanların hamısını tapmaq olmur. Bunun səbəbini mən izah edə bilmərəm. Ancaq biz şirkətin apteki olduğumuz üçün bütün dərmanlar anbardan birbaşa gətirilir. Həm də qiymətlər, ucuz dərmanlarda 30-40 qəpik, bahalı dərmanlarda 3-5 manat arasında fərq edir. Bizdə daha ucuz olur. Bahalaşmaya gəlincə, bunu gizlətmək mümkün deyil. Gündəlik olaraq qəpik-qəpik artım davam edir. 3 ay öncə ilə müqayisədə 20 manatdan yuxarı bütün dərmanlarda 30 faizə yaxın bahalaşma olub".
Alıcılar isə birmənalı olaraq bahalaşmadan qan ağlayır: "Sağlamlığımız üçün baha-ucuz demədən məcbur olub alırıq. Mütəmadi istifadə etdiyimzi dərmanları hər həftə ayrı qiymətdə görürük. Təəssüf ki, imkanı olmayanlar ala bilmir. Bu da insanların sağlamlığına təhlükə deməkdir. Apteklərin qiymət siyasətinə nəzarət olmalıdır. Dövlət dəstək olmalıdır ki, qiymətlər çox artmasın. Çünki insanların çoxunun bahalı dərmanları almağa ehtiyac yoxdur".
Qeyd edək ki, bazarda dərman qıtlığının yaranacağı barədə ekspertlər də xəbərdarlıq edir. Onlar bunu valyuta bazarında dolların satılmaması və qara bazarın ləğv olunması ilə əlaqələndirirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, bu gedişlə bir çox apteklər sıradan çıxa bilər: "Böyük dərman distibüterləri əhaliyə lazım olan dərmanları öz aptek şəbəkələrinə verirlər, alıb-satan distibüterlərə isə vermirlər. Bundan öncə isə belə idi ki, böyük dərman distibüterləri öz apteklərinə daha ucuz, digərlərinə isə baha verirdilər və onlar da baha satmağa məcbur olurdular. Bu da digər apteklərin sıradan çıxmasına gətirib çıxaracaq".
Nərgiz LİFTİYEVA,
Musavat.com
Fotolar müəllifindir





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi