"Dediklərinə görə, cəzasını alacaq” - Sabiq icra başçısından deputata sərt mesaj

img

25-12-2016 [18:19]


"O vaxt mən imkan vermədim ki, qarşıdurma yaransın, sakinlər həbs edilsin”.

Mia.az xəbər verir ki, bu fikirləri Unikal.org-a Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyev deyib. 

O, bildirib ki, insanların heysiyyatı ilə oynamaq olmaz: ”Vəziyyət bu həddə gəlməməli idi. Bunun qarşısını vaxtında ala bilərdilər ki, insanlar etiraza qalxmasın”.

Keçmiş başçı deputat Astan Şahverdiyevin qalmaqallı açıqlmasına da münasibət bildirib:

"Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə, cəzasını alacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA