Konstitusiya Məhkəməsi plenumunun növbəti iclasi keçirilib

img

27-05-2010 [01:04]


Mayın 27-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 247-ci maddəsinin üçüncü bəndinin ?Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır? müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin VI hissəsinə, 38-ci maddəsinin III hissəsinə, 71-ci maddəsinə, 147-ci maddəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair sorğusu ilə bağlı konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və cavabverənin qanuni nümayəndələrinin, eləcə də dəvət olunan alim-ekspertin və mütəxəssislərin çıxışlarını dinləyib. İşin materialları Konstitusiya Məhkəməsində araşdırılıb müzakirə ediləndən sonra qəbul olunacaq qərarla bağlı məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA