Məleykə Abbaszadə: ?Bu günə kimi 109287 məzun ərizə doldurub?

img

27-05-2010 [12:51]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2010/2011-ci il tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin təsdiq etdirilməsi mövzusunda növbəti mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib ki, bu günə kimi 109287 məzun ərizə doldurub: ?103046 abituriyent ərizəsini təsdiqləyib.Qeydiyyatdan keçənlərin sayı 82642 nəfərdir. Azərbaycan bölməsində 91263 nəfər, rus bölməsindən 11782 nəfər təsdiq etdirib?. M.Abbaszadə bildirib ki, bu il ilk dəfə İslam Universitetinə qəbul aparılacaq. Abituriyentlər sənədlərini müvafiq sənəd qəbulu komissiyalarında təstiq etdirməli: ?Bundan sonra İslam Universitetində qeydiyyatdan keçməlidirlər. 100 vakant yer ayrılıb. ?Təhsil haqqında? qanunun 26.5-ci maddəsinə əsasən, idman sahəsində olimpiya, dünya və Avropa çempionatlarının qalibləri, təhsil sahəsində dünya fənn olimpiadalarının, musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı sözügedən şəxslər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün nailiyyətlərini təsdiq edən sənədlərin əslini və surətini təqdim etməlidirlər?. M.Abbaszadə bildirib ki, ali məktəblərə imtahansız qəbul olunacaq şəxslər yalnız TQDK-nın özündə və ya Naxçıvan, Gəncə, Quba, Şəki, Lənkəran regional bölmələrində qeydiyyatdan keçməlidirlər. Onun sözlərinə görə, təqdim olunan sənədlər yoxlandıqdan sonra TQDK onlarla bağlı öz qərarını elan edəcək?. TQDK sədri bildirib ki,ətraf regionlarda heç bir sənəd qəbulu problem olmayıb: ?Heç bir problem olmyıb ki, Bakıya gəlib çıxsın. Bütün problemlər yəni varsa, həmin regionun özündə həll edilir. Bakı şəhərindədə bir problem varsa internet vasitəsi ilə müraciət edib, həllini tapsın. Bu il regionlardan Şirvanda 522, Sabirabadda 482 nəfər, Neftçalada 455, Saatlıda 282, Salyan 594, İmişlidə 603, Kürdəmirdə 455 sənəd verilib?. [b]Rəhilə Manafova [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA