24-12-2016 [20:31]
"Bu gün Azərbaycan xalqı ölkənin sərvətlərindən demək olar ki, faydalana bilmir. Əhalimiz heç Tovuz, Gədəbəy kartofu tapıb yeyə bilmirlər. Bütün bunların səbəbkarı ölkədəki bir qrup məmurdur”.
Mia.az xəbər verir ki, bunu moderator-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədrinin sözlərinə görə, o, da vaxtı ilə məmur olub:
"Mənim özüm də bir vaxtlar məmur olmuşam, rəhbəri olduğum balıqçılıq sənayəsini inkişaf etdirərək xalqa xidmət edirdim. Bizim dövrümüzdə vətəndaşlar kürü, balıq məhsulları ala bilirdilər. İndi isə insanlarımız kürünü yalnız qırmızı kitabda görə bilər. Bizim ixtisaslaşmış dükanlar var idi. Bu dükanlarda asetirin, Seviruqa və digər balıqlar satılırdı. O zaman mən ilk dəfə olaraq asetirin balığının konserviləşdirilməsini təmin elədim.
İlk dəfə olaraq mən kürü qablarının üzərinə Azərbaycan bayrağının vurulub xarici bazarlara çıxarılmasını təmin etdim. Həmin ərəfədə biz 800 tona yaxın asetirin balığını xarici dövlətlərə satıb gələn gəliri 1 qəpiyinə qədər dövlət büdcəsinə qoyduq. Həmin dövrdə 350 ton asetrin balığını Türkiyənin Urfa Bazar şirkətinə satdıq.
O, zaman rəhmətlik Turqut Özal da bu hadisədə iştirak etdi. Biz həmin dövrdə çox böyük işlər gördük. Mən Ukraynadan Azərbaycana balıq unu istehsal edən 32 zavod gətirdim. Biz bu zavodlarda balıq unu istehsal eərək quşçuluq sənayesinə verib o sahənin də inkişafı üçün addımlar atırdıq. Həmin dövrdə Azərbaycan dənizinin məhsulları xalqa məxsus idi.

Çox təəssüf ki, hazırda dənizimizin məhsulları bir neçə oliqarx məmura məxsusdur. İndi bilirsiz ki, qara kürünün satışından xalqa 1 qəpik də olsun xeyir gəlmir. Bu pullar həmin məmurların villalarına, xaricdə saxladığı erməni qadınlarına gedir.
Bunun da qarşısı yaxın vaxtlarda alınacaq. Qocalar evində elə bir sistem qurulub ki, bizi kimi adamlar hakimiyyətə yaxın buraxılmır. Bizim umacağımız xalqdandır. Xalq baxmalıdır və seçimini etməlidir. Mən vəzifə üçün danışmıram. Mən dəfələrlə demişəm ki, mən ya baş nazir, ya da ki, birinci vitse-prezident olsam ölkəni 6 aya bu çətin böhrandan çıxaracam.
Biz bu işi görüb özümüzü sübut etmişik. Nə edək ki, bəziləri kimi arvadımız erməni deyil deyə vəzifəyə gəlmirik. Təzədən gedib arvadımızı boşayıb erməni ilə ailə qurası deyilik ki. Xalqımız da bir az unutqandı. İnsanlar onlara çörək verəni deyil, ölkəni çapıb-talayanın qədrini bilir.
Mən hər zaman əziz qardaşım İlham Əliyevin yanında olmağa hazıram. Bu gün də onun doğum günüdür, təbrik edirəm prezidentimizi. Prezidentin bu yırtıcılardan canının qurtarmasından ötrü onun yanında olmaq, prezidentə kömək etmək istəyirəm. Biz prezidenti sevirik, bu sevgi bizim ürəyimizdədir. Amma bu gün bir qrup nazir İlham Əliyevin arxasınca danışır, bu çox pis haldır. Buna görə də prezidentin yanında bu gün mənim kimi ona canı yanan bir şəxs olmalıdır.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi