Sabiq icra başçısı hərbi hissə komandirini döyüb - Polis araşdırmaya başladı

img

24-12-2016 [18:59]


Gəncə şəhəri Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev daha bir qalmaqal yaradıb.

Mia.az xəbər verir ki, bu barədə reyting.az-a verilən məlumata görə, M.Mustafayev Gəncədə N saylı həbi hissənin mayor rütbəli komandiri Füzuli Nəbiyevi və Bakir Bəkirli adlı aşağı rütbəli hərbiçini döyüb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Onu da nəzərə çatdıraq ki, M.Mustafayevə bir müddət əvvəl Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı.

Bundan sonra o, dövlət başçısı tərəfindən tutduğu vəzifədən azad edilmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA