Ərdoğan İlham Əliyevə zəng etdi

img

24-12-2016 [14:52]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

Mia.az-ın məlumatına görə, Ərdoğan İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA