Tovuzda hərbi hissədə avtomatdan açılan atəz nəticəsində bir əsgər ölüb

img

27-05-2010 [11:38]


Azərbaycanın Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində qulluq edən əsgər naməlum şəraitdə ölüb. Əsgərin yaxın qohumu Binnət Əfəndiyevin verdiyi məlumata görə, 2009-cu ilin iyul ayında Şamaxı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elvar Yaqub oğlu Bayramov mayın 25-də Tovuz rayonunda yerləşən hərbi hissədə avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib. Meyit tibbi ekspertizadan sonra Şamaxı rayonunun Mədrəsə kəndinə gətirilərək ailəsinə təhvil verilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyərək bildirib ki, E. Bayramov avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib. Rəis müavininin sözlərinə görə, hadisənin tam səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Elvar Bayramov Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olub və onun hərbi xidməti başa vurmasına bir aya yaxın vart qalıbmış. "anspress"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA