“Heç bir ana dünyaya vətən xaini gətirməz..." - Səfirin qatilinin anasından açıqlamalar

img

24-12-2016 [13:23]


Rusiyanin Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mövlüd Mərd Altındaşın cəsədini valideynləri qəbul etməyib.

Publika.az xəbər verir ki, qatilin anası Hamdiyə Altındaş "mənim başımı yerə soxan, düşmənlik edən oğlum yoxdur” deyə bildirib.

O, oğlunun cəsədini istəmədiklərini açıqlayıb: "Cənazəsini kimsəsizlər məzarlığında basdırın. Biz dövlətimizi və millətimizi sevən insanlarıq. Ailəcə FETÖ-ya qarşıyıq. Oğlumuzun bir terror təşkilatı ilə bağlantısının olacağını bilmirdik. Böyütdüyümüz oğlumuzun belə biri olacağını bilməzdik. FETÖ ilə əlaqəsinin olduğunu bilsəydik, polisə xəbər verərdik. Həm vətənimizi, həm də oğlumuzu xilas edərdik”.

Altındaşın dayısı isə ana və atanın çox əzab çəkdiyini qeyd edib.

"Heç bir ana dünyaya vətən xaini gətirməz. Vətən xaini sonradan olur”, - deyə, o, bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA