Nazirlikdə yeni struktur bölmə yaradıldı, təyinat oldu

img

23-12-2016 [23:30]


İqtisadiyyat Nazirliyində yeni struktur bölmə yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 4 oktyabr tarixli qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib.

İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA