Rauf Zeyni prezident, Qorxmaz İbrahimli sədr seçildi - MQF-nin 9-cu qurultayı (FOTOLAR)

img

23-12-2016 [20:46]


Bu gün Bakıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) 9-cu qurultayı keçirilib. 

MQF-dən Mia.az-a verilən məlumata görə, qurultay iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli QHT Forumunun qurultayını Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev aparıb.

Forumun prezidenti Rauf Zeyni açılış nitqi ilə çıxış edib.

Ölkəmizdəki QHT-lərin fəaliyyəti, həyata keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verib. Daha sonra Forumun 4 illik hesabatı təqdim edilib, qurumun fəaliyyəti qənaətbəxş hesab edilib.

Qurultay, çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun bir sıra orqanlarına seçkilər keçirilib.

Rauf Zeyni yenidən Forumun prezidenti, Qorxmaz İbrahimli isə idarə heyətinin sədri seçilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qurumun idarə heyətinin üzvü seçilib.

Qeyd edək ki, U. Mirzəyev, həmçinin, Vətəndaş Cəmiyyətinin inkişafına verdiyi töhfələrə görə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Fəxri Fərmanı ilə təltif edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA