23-12-2016 [19:51]
"Dövlət baytarlıq nəzarətində olan yüklərin, heyvan və heyvan mənşəli yüklərin, baytarlıq preparatları, yem və yem əlavələrinin idxal-ixracı zamanı rəyin verilməsi, eləcə də baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması elektron formada həyata keçirilir".
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sənədlərin qəbulu elektron formada vətəndaşların iştirakı olmadan qəbul edilir və cavablandırılır.
"Müvafiq sənədlərin Dövlət Gömrük Komitəsinə ötürülməsi üçün Komitə ilə Xidmət arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb. Dövlət büdcəsi hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına uyğun olaraq istifadə olunacaq biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində "SATILA BİLMƏZ” sözləri yazılıb. Dövlət büdcəsi vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon(şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib.
Həmin tapşırıqlarda baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinə bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilıməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış preparatların işlədilməsi zamanı epizootik və ambulator kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılıb.
Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Xidmətin əməkdaşları tərəfindən reydlər aparılan zaman hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati cəza tədbirləri görüləcək”, - deyə məlumatda qeyd olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi