23-12-2016 [15:40]
2017-ci il Xoruz ili üstündə təhvil olunacaq. Şərqdə hesab edilir ki, Xoruz ili ümumilikdə hadisələri çətinləşdirməyən, öz yolu ilə gedən, öz firavanlığı uğrunda vicdanla çalışan, sözündə və əməlində sadiq olan bütün insanlar üçün əlverişli parlaq və sürprizlərlə dolu olacaq.
Təbii ki, 12 müxtəlif zodiak altında dünyaya gələnlər üçün bu il fərqli prizmalarda olacaq. Astroloqlar artıq bu barədə öz proqnozlarını bildirirlər.
Bəs, ölkəmizin tanınmış məmur və siyasətçiləri üçün bu il nə vəd edir?
Bununla bağlı bir neçə tanınmışların il və bürclərini araşdırdıq.
Məlum oldu ki, uzun müddətdir ki, ölkənin baş naziri vəzifəsində çalışan Artur Rasizadə Qaban ili, Balıqlar bürcü altında dünyaya gəlib. Astroloqlar bildirirlər ki, bu il və bürc altında dünyaya gələnlərin səbir və inadkarlıq məziyyətləri Xoruz ilində iş və maliyyə məsələlərində çox gərəkli olacaq. Eyni zamanda "durğunluğa son” olacaq. Belə ki, onların həyatında təxminən 10 il davam edən durğunluq dövrü başa çatacaq. Onlar sanki yuxudan ayılacaq, işsizlik yükündən xilas olacaq və özündə inanılmaz enerji partlayışı hiss edəcəklər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə Öküz ili, Xərçəng bürcü altında dünyaya gəlib. Astroloqlara görə, bu il Öküz ilinin nümayəndələri üçün çoxlu sürprizlər olacaq. Baş verənlərin çoxu isə gözlənilməz olsa da, onlardan qorxmaq lazım deyil. Belə halların hər birində sehrli açar salınacaq, hansı ki, sonda onlar üçün uğura yol açılacaq. Xərçəng bürcünün nümayəndələri isə ağır yüklərə əlvida deyəcək.
Nəqliyyat naziri Ziya Məmmədov isə Əjdaha ili, Buğa bürcü altında dünyaya gəlib. Astroloqlar bildirirlər ki, əjdahalar Xoruz ilində özünü yüksəkdə hiss edə biləcəklər. Onları sahələrində çox güclü irəliləyiş, bir çox uğur vəd edən layihələr, eləcə də uzun illər inkişaf və rifahı yaxşılaşdıra bilən işlər, xoş xəbərlər və ən nəhayət, firavanlıq gözləyir. Xüsusən də Buğa bürcü altında olan əjdahalar nəhayət ki, bu il həyatdan zövq alacaq, sakitləşəcəklər. Ulduzlar bütün ilin onlar üçün yağ-bal içində keçəcəyinə təminat verməsə də, müsbət emosiyaların çox olacağını bildirirlər.
Milli Məclisin spikeri Oqtay Əsədov Qoyun ili, Oğlaq bürcünün nümayəndəsidir. Astroloqlar Qoyun ilində olan insanlara bu cür tövsiyyə verirlər: "Xoruz ili sizin üçün əhəmiyyətli xərclər planlaşdırıb, onlarla yaxınlarınız və dostlarınız razılaşmaya bilər. Dostların məsləhətindən istifadə edib, etməməyiniz öz qərarınızdır, lakin bu məsələni böyüdüb mübahisəyə çevirməməyə çalışın və unutmayın ki, son qərarlarınıza görə məsuliyyət nəticədə bütünlüklə öz üzərinizə düşür. Oğlaq nümayəndələrinə isə tövsiyyə olunur ki, "ilk növbədə özünüzü düşünün və özünü inkişafla məşğul olun. Dünyaya yeni baxış sizi sevindirəcək və ətrafınızda hər şey dəyişməyə başlayacaq. Problemlər gözünüzdə daha qlobal görünməyəcək”.
Deputat Siyavuş Novruzov isə Xoruz ilindəndir. Ehtimallara görə, Xoruz ili bu il altında dünyaya gələnlər üçün çox düşərli olacaq. Qeyd olunur ki, bu ilin nümayəndələri istənilən məsələləri öz xeyrinə yönəldə biləcək, güclərini daha da artıra biləcəklər.
Geridə qoyacağımız Meymun ili isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ilidir. Bu il onun üçün uğurlu olduğunu söyləmək olmaz. Əvvəllər tez-tez mətbuata çıxan, jurnalistlərin suallarını özünəməxsus şəkildə cavablandıran, Bakı küçələrini qarış-qarış gəzən H.Abutalıbov bu il nədənsə gözə dəymədi.
Xüsusən də Bakıya yağan leysan yağışlarının yaratdığı problemlər ərəfəsində gözlər merə zillənsə də, ondan bir xəbər çıxmadı. Onu yalnız ara-sıra rəsmi dövlət tədbirlərində görmək mümkün oldu. Bir neçə dəfə isə vəzifəsindən uzaqlaşdırılacağı barədə şayiələr yayıldı. Yeni ilə gəldikdə isə, astroloqlar Xoruz ilinin onlar üçün bir çox sahələrdə müsbət olacağını vəd edir. Lakin hər şeydən çox onları şəxsi həyatda baş verən dəyişikliklərin sevindirəcəyi bildirilir.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi