Hərbçilərin maaşları gecikdirilir? – Müdafiə Nazirliyindən yayılan xəbərə reaksiya

img

23-12-2016 [13:23]


Müdafiə Nazirliyi hərbçilərin maaşlarının gecikdirilməsi ilə bağlı mətbuat da yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, hərbçilərin maaşlarının gecikdirilməsi barədə bəzi saytlarda dərc olunan yazıların heç bir əsası yoxdur: "Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA