Deputat Rafael Hüseynov sabah Parisə yola düzəcək

img

26-05-2010 [06:19]


Millət vəkili Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün mayın 27-də Parisə yola düşəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qurumun Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitəsinin iclasında Venesuelada demokratiyanın vəziyyəti, Aralıq dənizi hövzəsində ətraf mühitin mühafizəsi, meşələrin hazırkı durumu və gələcəyi, silahlı münaqişələrin, həmçinin hərbi tullantıların ətraf mühitə təsiri məsələləri müzakirə olunacaq. Təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin gündəliyinə Şimali Qafqazda insan haqlarının pozulması halları, bununla bağlı hüquqi müdafiə tədbirləri, ekstremizm əleyhinə mübarizə və digər məsələlər daxil edilib. Tədbirlərdə deputatımız müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq. Səfər iyunun 1-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA