2010-cu il üçün seçici siyahıları təsdiq edildi

img

26-05-2010 [05:46]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyilə keçirilən iclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub. MSK katibi Natiq Məmmədov siyahıların dəqiqləşdirilməsilə bağlı məlumat verib. M.Pənahov hazırda ölkədə 4 829 888 seçicinin, onlardan 51,36%-i qadın, 48,64%-i isə kişi olduğunu vurğulayıb. Müzakirələrdən sonra 2010-cu il üçün seçici siyahıları təsdiq edilib. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA