Azərbaycanda daha bir dövlət agentliyi yaradılcaq - Strateji Yol Xəritəsi

img

22-12-2016 [19:28]


Azərbaycanda Kiçik və Orta Sahibkarlıq (KOS) Agentliyi yaradılacaq.
 
Bu barədə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd olunub.
 
Sənəddə bildirilib ki, agentliyin yaradılması üçün 10 mln. manat investisiya tələb olunur.
 
Strateji Yol Xəritəsi çərçivəsində KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılmasına 630 mln. manat, KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqinə 3 mln. manat, biznes  inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılmasına 50 mln. manat investisiya tələb olunur.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA