22-12-2016 [17:27]
ATV telekanalında Zülfiyyə Bayramovanın layihə rəhbəri və aparıcısı olduğu "Qanunla biz" verilişində rüşəvət qalmaqalı ilə bağlı məsələ böyüyür.
Mia.az İstiPress-ə (http://istipress.com/medeniyyet/22-12-2016/atv-de-rusvet-qalmaqali-boyuyur-meseleye-polis-qarisdi) istinadən xəbər verir ki, qalmaqalda adı hallanan hüquqşünas Vüqar Səfərli adının belə bir məsələdə hallanmasından narahat olduğunu və məsələnin hüquqi müstəvidə həll olunmasının tərəfdarı olduğunu bildirib:
"Mən hazırda Xətai Rayon Polis İdarəsindəyəm. Burada olmağıma səbəb məni şantaj, böhtan edən İlhamə Mehdiyə qarşı şikayət etməyimdir. Qanunvericilik ölçü götürəcək. Hüquqşünas olaraq, bu əməllərin sona çatdırılması uğrunda mübarizəmi aparacağam. O, səhlənkarlığına görə işdən çıxıb. Üstəlik də, bizə, verilişə dəvət olunanlara qara yaxır".
Qalmaqalda adı hallanan digər hüquqşünas Xəyal Bəşirli də qeyd olunan ittihamların yalan olduğunu açıqladı:
"Onun dedikləri yalandır. Belə şeylər yoxdur. Mən şəxsən öz adıma deyirəm ki, mən belə halla rastlaşmamışam. Amma mən sonradan məsələ ilə maraqlanmışam. Öyrəndim ki, İlhamə xanımı işdən çıxardıblar. Amma bu cür fikir bildirmək yalnış bir addımdır. İnsan əvvəl işlədiyi yeri bu cür ləkələməz. Bir daha təkrar edirəm ki, mən "Qanunla biz” verilişinə pul verib getməmişəm. Deyilənlər yalandır. Bizi o verilişə qonaq kimi dəvət ediblər. Özü də ayda bir dəfə dəvət olunmuşuq".
Hüquqşünas Asif Abdullayevin də fikri həmkarlarının fikri ilə demək olar ki, eynilik təşkil edib:
"Mən o məsələ ilə bağlı bildirmək istəyirəm ki, İlhamə Mehdinin yazdıqları həqiqətə uyğun deyil. O verilişdə iştirak edən vəkillərdən biri də mənəm. Mən təsdiq etmək istəyirəm ki, İlhamə Mehdinin dedikləri həqiqəti əks etdirmir. Mən onun dediyi hallarla rastlaşmamışam. İlhamə xanım dediklərini məhkəmə müstəvisində sübut etmək məcburiyyətində qalacaq. Bu açıqlamalarına görə o, müəyyən hüquqi məsuliyyətə cəlb oluna bilər. Mənim tərəfimdən o verilişdə qanundan kənar bir hala rast gəlinməyib".
Xatırladaq ki, ATV telekanalının keçmiş əməkdaşı İlhamə Mehdi "facebook" sosial şəbəkəsində yazdığı statusda Zülfiyyə Bayramovanın layihə rəhbəri və aparıcısı olduğu "Qanunla biz" verilişinə dəvət olunan hüquqşünaslardan pul alınaraq efirə çıxarıldığını bildirib.
ATV-nin keçmiş əməkdaşı İlhamə Mehdinin yazdığı status
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi