“Ceyş əl-Fəth” səfirin qətlini rədd etdi - “As-Sumariya”nın iddiası təkzib olundu

img

22-12-2016 [00:38]


"Ceyş əl-Fəth” ("Fəth ordusu") hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib.

APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group təşkilatı məlumat verib.

Məlumata əsasən, qruplaşma bundan əvvəl yayılan məlumatları saxta adlandırıb.

Xatırladaq ki, dünən "As-Sumariya” telekanalı xəbər verib ki,  "Ceyş əl-Fəth”  hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

"Ceyş əl-Fəth” ("Fəth ordusu") Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə "Əl Nüsra Cəbhəsi”, "Əhrar-uş-Şam”, "Liva əl-Haqq”, "Şam Legionu”, "Cund əl-Aksa”, "Ceyşül Sünnət” və "Əcnəd əl-Şam” qrupları daxildir.

Xatırladaq ki, dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində Rusiyanın Türkiyədəki səfiri A.Karlov qətlə yetirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA