Araz çayının yeni qolunun açılması 2 günə reallazacaq

img

26-05-2010 [05:06]


Kür və Araz çaylarında suyun səviyyəsini aşağı salmaq və yaranmış problemi aradan qaldırmaq üçün Araz çayına yeni süni qolun açılması maksimum iki gün ərzində baş tutacaq. ?Azərenerji? ASC-nin prezidenti Etibar Pirverdiyevin verdiyi məlumata görə, hazırda bununla bağlı İmişli rayonunun Qulubəyli kəndi istiqamətində işlər davam etdirilir. Təbii fəlakət bölgəsində olan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev isə ANS-ə açıqlamasında bildirib ki, layihə üzrə qolun açılması istiqamətdə işlərin 90 faizi yerinə yetirilib. Hazırda İmişli rayonunun Bəhramtəpə istiqamətində və Araz çayından açılacaq qolun keçəcəyi yeddi rayonda işlər davam etdirilir. O. Hacıyev eyni zamanda bildirib ki, bu gün "Sarısu" gölündə suyun səviyyəsi 40 santimetr aşağı düşüb. Qeyd edək ki, İmişli rayonunda Bəhramtəpə hidroqovşağının yaxınlığında Araz çayının vaxtilə mövcud olan qoluna yenidən su buraxılması planlaşdırılıb. Araz çayının bu qolu istifadəyə verildikdən sonra Kürdə suyun səviyyəsinin azalacağı gözlənilir. Sarısu gölündən kəndlərə axan suyun da Arazın bu qoluna yönləndirilməsi planlaşdırılıb. ?Azərenerji? ASC-nin prezidenti Etibar Pirverdiyev həmçinin bildirib ki, Mingəçevir su anbarında hazırda suyun səviyyəsi 83 metr 14 santimetrdir və hazırda anbarda heç bir təhlükəli vəziyyət yoxdur. O, qeyd edib ki, anbar bundan sonra da su qəbul etmə tutumuna malikdir. Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov isə bildirib ki, Kür çayının Hacıqabul rayonundan keçən hissəsində dağılmış bəndin bağlanmasına 5 metr məsafə qalıb, hazırda burada bəndbərkitmə işləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA