21-12-2016 [19:59]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə iclasdaçıxış edərkən, diqqəti təkcə çıxışı ilə deyil, həm də üz nahiyyəsindəki zədəylə cəlb edib.
Belə ki, A.Əlizadə iclasa sağ gözü zədəli halda gəlib və tribunada çıxış edib. Onun gözü və gözünün altında böyük şiş və açıq zədə izləri var. Maraqlıdır ki, akademik yıxılıb, yoxsa...?.
Mia.az xəbər verir ki, bunu təsdiq edən fotoları Unikal.org-un əməkdaşı daha yaxından obyektivə köçürüb.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Elm və təhsil: problemlər və perspektivlər" mövzulu məruzə ilə çıxış edib.
Akademik bildirib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.
Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini xüsusi qeyd edən akademik Akif Əlizadə institutlarda təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Akademik Akif Əlizadə AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac olduğunu bildirib: "Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrimiz isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidirlər. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşdırılmalıdır".
Akademik vurğulayıb ki, yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələbələrə tədris olunması üçün yeni effektiv mexanizmlər işlənib hazırlanmalıdır. Akademiyanın bu sahədə böyük elmi potensialının olduğunu deyən AMEA rəhbəri yüksək texnologiyalar, nano-, bio-, info-, nüvə texnologiyaları ilə bağlı tədqiqat aparan akademik qurumlarımızın qapılarının ali təhsil müəssisələrinin müəllimləri ilə yanaşı, tələbələrinin də üzünə həmişə açıq olduğunu qeyd edib.
Akademik Akif Əlizadə elmi fəaliyyət sahəsində prioritetlərin vacib məsələ olduğunu bildirib: "Müstəqillik əldə etdikdən sonra ölkəmizdə sosial-iqtisadi inkişaf istiqamətləri və müasir dünyanın çağırışları ilə şərtlənən bir sıra mühüm elmi məsələlər müəyyənləşdirilib. Bunların bir qismi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Elmin İnkişafı üzrə Milli Strategiyada öz əksini tapıb. Gələcək fəaliyyətimizin əsas istiqamətlərini təşkil edəcək digər elmi prioritetləri isə Elmin İnkişaf Doktrinasının layihəsində müəyyənləşdirmişik".
Son illər dövlətin bilavasitə dəstəyi sayəsində elmdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən akademik Akif Əlizadə "Elm haqqında" Qanunun Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmasını mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, sənəddə yeniliklərdən biri ölkə başçısının bilavasitə təşəbbüsü ilə magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsidir. Vacib məqamlardan digərinin isə elmi fəaliyyətin akkreditasiyası ilə bağlı olduğunu deyən AMEA rəhbəri hazırda bununla bağlı müvafiq mexanizmlərin hazırlandığını diqqətə çatdırıb.
Akademik Qanunun qarşıya qoyduğu ən mühüm vəzifələrdən birinin də "tədqiqat universiteti" statusunun müəyyənləşdirilməsi ilə bağlı olduğunu söyləyib: "Hesab edirəm ki, tədqiqat universiteti elm və təhsilin inteqrasiyasının olduqca uğurlu bir modelidir. Hazırda AMEA-da tədqiqat universitetlərinə qoyulan tələblərin, standartların müəyyənləşdirilməsi üçün xüsusi komissiya fəaliyyət göstərir".
Elmin populyarlaşdırılmasından danışan akademik Akif Əlizadə elmə marağın artırılması məqsədilə AMEA-nın elmi müəssisələrində maarifləndirmə işinə diqqətiartırmaq, görülən işlər, laboratoriyalar, cihazlar, elmi yeniliklər, əldə olunmuş mühüm nailiyyətlər haqqında ictimaiyyətə geniş məlumat vermək üçün açıq qapı günlərinin təşkili, gənclərin elmə cəlb edilməsi istiqamətində digər maarifləndirmə işlərinin aparılması ilə bağlı tövsiyələrini verib.
Ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində mövcud problemlərin həlli üçün elm və təhsil ictimaiyyətindən sistemli, enerjili fəaliyyətin tələb olunduğunu deyən akademik Akif Əlizadə bu istiqamətdə vəzifələrin icrası üçün səylərin birləşdiriləcəyinə əminliyini ifadə edib.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi