Prezident sabiq səfirlərə vəzifə verdi - Sərəncam

img

21-12-2016 [19:15]


Bu gün Prezident İlham Əliyev daha bir təyinata imza atıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elxan Poluxov 2011-cü ildə Azərbaycanın Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi. O, eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edirdi.

Elxan Poluxov:

Elxan POLUXOV

Ancaq bu ilin oktyabrında o, prezidentin sərəncamı ilə geri çağırılmışdı.

***

Prezidentin digər sərəncamı ilə isə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, o da bu ilin oktyabr ayında Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

Картинки по запросу Lətif Qəndilov

Lətif QƏNDİLOV

Mia.az
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA