Kəmaləddin Heydərovla görüşmək istəyənlərin diqqətinə: - Nazirin qəbul günü açıqlandı

img

21-12-2016 [18:02]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 26-da Biləsuvar şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
 
Mia.az FHN-ə istinadən xəbər verir ki, qəbulda Şirvan şəhərinin, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 
Vətəndaşların qeydiyyatı Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Biləsuvar şəhəri, 1 May küçəsi 8) 23 dekabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA