Vergilər Nazirliyində ciddi dəyişiklik - İdarələr ləğv edildi, yeni departamentlər yaradıldı

img

21-12-2016 [10:15]


Nazir Fazil Məmmədov Vergilər Nazirliyində ciddi struktur dəyişiklikləri ilə bağlı sərəncam verib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a daxil olan xəbərdə bildirilir ki, sərəncamla qurumda aşağadakı dəyişikliklər edilib:

Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi və Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilərək, onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri ləğv olunaraq, onların bazasında Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA