ABŞ-dan Rusiyaya qarşı daha bir sərt həmlə - Sanksiya genişləndirildi

img

20-12-2016 [23:55]


ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib.
 
APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
 
Sanksiya siyahısına 7 fiziki şəxs, 8 təşkilat və iki tankerin ("Marşal Jukov” və "Stalinqrad” tankerləri-red.) əlavə edildiyi bildirilir.  
 
Həmçinin, "Novatek” şirkətinə qarşı daha əvvəl tətbiq edilmiş sanksiyalar dəqiqləşdirilib.  Belə ki, sanksiya siyahısına şirkətin 26 törəmə qurumunun hamısı daxil edilib.
 
Xatırladaq ki, ötən həftə Aİ liderləri də Rusiyaya qarşı sanksiyaların müddətini iyulun 31-dək uzadıblar.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA