Öldürülən səfirin cənazəsi Moskvaya gətirilib

img

20-12-2016 [22:19]


Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun cənazəsi Moskvaya gətirilib. 

Artıq təyyarə "Vnukovo" hava limanında yerə enib. Təyyarənin göyərtəsində Karlovun həyat yoldaşı da olub. Onu həkim və Rusiya FHN-nin psixoloqu müşayiət edib. Rusiya XİN rəhbəri Sergey Lavrov bundan əvvəl səfirin cənazəsini aeroportda şəxsən qarşılayacağını bildirib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünən bir rəsm sərgisində çıxışı zamanı güllələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA