Elmira Süleymanova Avropa Şurası baz katibinin müavini ilə görüzüb

img

26-05-2010 [02:18]


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası (AŞ) baş katibinin müavini xanım Mod de Bur Bukikkio ilə görüşüb. Ombudsman Aparatından verilən məlumata görə, E.Süleymanova AŞ ilə Azərbaycan arasında səmərəli tərəfdaşlıq münasibətlərini diqqətə çatdırmış, müvəkkil təsisatının bu nüfuzlu beynəlxalq qurumun struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Görüşdə ölkəmizdə uğurla tətbiq olunan insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi istiqamətində Ombudsmanın fəaliyyəti, bu planın icrası vəziyyəti barədə məlumat verilib. Xanım Bukikkio insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsinin təmsil etdiyi qurum üçün prioritetə çevrildiyini, hazırda bu sahədə əməkdaşlıq proqramlarına yenidən baxıldığını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA