Qarabağ qazilərinin layihəsinin birinci mərhələsi baza çatdı

img

26-05-2010 [02:15]


?Qarabağ qaziləri? İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Qarabağ əlilləri üçün xeyir-şər çadır kompleksinin (mağarın) təşkil olunması? layihəsinin birinci mərhələsi başa çatıb. Bu barədə sözügedən birliyin sədri, layihənin rəhbəri Ehtimad Əsədov məlumat verib. Onun sözlərinə görə, layihə icra planında nəzərdə tutulan qrafik üzrə həyata keçirilir. ?Birinci mərhələdə layihənin işçi heyəti formalaşdırılıb, xeyir-şər çadır kompleksinin (mağarın) qurulması üçün qaynaqçı ilə müqavilə bağlanıb, lazımı avadanlığın bir qismi alınıb. Qaynaqçı tərəfindən xeyir-şər çadır kompleksi (mağarı) hazırlanıb, maliyyə və aralıq hesabatları hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunub? Xatırladaq ki, layihənin icra müddəti üç aydır və layihə tam başa çatdıqdan sonra Bakı şəhərində yaşayan Qarabağ əlilləri ondan faydalanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA