Rusiya səfirliyinin mühafizəsi gücləndirildi - Azərbaycanda

img

20-12-2016 [16:58]


Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra RF-nin Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RF-nin MDB-dəki sədrliyinə həsr olunmuş tədbirdə bildirib. V.Doroxin qeyd edib: "Mən Azərbaycana inanıram və inanıram ki, burada başıma heç bir iş gəlməyəcək".

Səfir bu çətin məqamda dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA