Bakıda kəskin isti olacaq, temperatur 32 dərəcəyə qədər artacaq

img

26-05-2010 [12:32]


Havalar kəskin şəkildə istiləşməyə başlayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan veriln məlumata görə, Bu gün Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq, cənub küləyi əsəcək, havanın temperaturu gündüz 26-29 dərəcə, axşam 18-20 dərəcə isti olacaq. Mayın 27-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 27-30 dərəcə isti olacaq. Mayın 28-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq. Mayın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20 dərəcə, gündüz 27-31 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 27-də hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. Mayın 28 və 29-da hava əsasən yağmursuz keçəcək. Lakin mayın 29-da axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 22-25 dərəcə isti, mayın 28-də 28 dərəcəyədək isti proqnozlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA