"Sizi əmin ediriik ki, bu alcaq hücumun..." - Çavuşoğlu Moskvada jurnalistlərin qarşısına çıxdı

img

20-12-2016 [09:52]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən gecə Rusiya səfirinin öldürülməsi ilə bağlı Moskvada jurnalistlərin qarşısına çıxıb.

Mia.az xəbər verir ki, o, Rusiyanın Ankaradakı səfirinin qətlinə dərin təəssüf hissi keçirdiklərini bəyan edərək, bu hadisəni alcaq hücum adlandırıb:

"Cənab Korlov təkcə yaxşı diplomat deyildi, o, həm də çox gözəl dost idi. O, Rusiya ilə münasibətlərimizin ən gərgin vaxtlarında belə, dost münasibətini göstərib, iki ölkənin münasibətlərinin yaxşılaşması üçün əlindən gələni artıqlaması ilə edib. Onun qətli nəinki şəxsimi, bütün Türkiyəni üzüb. Onun ailəsinə və rus xalqına dərin hüznlə başsağlığı veririk.

Sizi əmin ediriik ki, bu alcaq hücumun bütün detalları ən xırdalığına qədər araşdırılacaq. Arxasında kimlər varsa, hamısına çıxacağıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA