Rusiyadan qətlə yetirilən səfirlə bağlı ilk açıqlama: "Bu, planlı qətldir, Ankara ilə münasibətimizə..."

img

19-12-2016 [21:39]


Xəbər verdiyimiz kimi, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova tədbirdə silahlı hücum edilərək, öldürülüb.

Mia.az xəbər verir ki, hadisə ilə bağlı Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədri Leonid Slutski açıqlama verib.

O, bildirib ki, hadisədən dərin təəssüf və narahatlıq keçirirlər:

"Biz hesab edirik ki, bu, Rusiya ilə Türkiyənin son vaxtlar yüksələn münasibətlərinə xələl gətirmək məqsədi ilə düşünülmüş, planlı qətldir. Ancaq biz münasibətlərimizə xələl gətirilməsinə imkan verməyəcəyik. 

Sabah Türkiyənin xarici işlər naziri Moskvaya gələcək. Burada detallı müzakirə edəcəyik. Hələlik araşdırmalar gedir. Yekun rəyimiz olacaq".

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə ayrıca açıqlama verərək, deyib ki, bu gün Rusiya diplomatiyasının faciəvi günüdür:

"Ankarada rəsmi tədbirdə ağır yaralanan səfir Andrey Karlov dünyasını dəyişib. Hadisə ilə əlaqədar rəsmi Moskva Türkiyə hökuməti ilə davamlı əlaqə saxlayır...".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA