“Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanımız yoxdur" - Məleykə Abbaszadə

img

19-12-2016 [18:38]


 "Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanımız yoxdur". 

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, IX siniflər üzrə yazılı sınaq imtahanının keçirilməsinə nə şagirdlər, nə də qurum özü hazırdır: "Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanımız yoxdur. Şagirdlər isə öyrəşiblər ki, sınaq imtahanı verəndən sonra təcili cavablarını alsınlar. Amma onlayn formada keçirilən sınaq imtahanlarının nəticələri iki həftə ərzində yoxlanılaraq təqdim olunacaq”. 
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA