"MTN əməkdaşları onu qara maşına mindirib, apardılar" - Akif Çovdarovun məhkəməsi

img

19-12-2016 [18:34]


Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi fasiləsən sonra davam etdirilib.
 
APA-nın xəbərinə görə, prosesdə zərərçəkən qismində "Süleyman Transport” MMC-nin təsisçisi Fikrət İbrahimovun ibtidai istintaqa verdiyi ifadə elan olunub.
 
Sonra F. İbrahimovun şəriki Vidadi Hüseynov şahid qismində ifadə verib. O bildirib ki, F. İbrahimovun MTN əməkdaşına 40 min manat verməsinin şahidi olub: "Fikrət mənimlə gəldi. Sonra maşından düşdü, onu qara avtomobilə mindirdilər. Mən də o avtomobilin arxasınca sürdüm. Fikrət qayıdandan sonra dedi ki, 40 min manat pul verib".
 
Prosesdə şahid qismində Oqtay və Azər adlı şəxslər də ifadə verib. Onlar F. İbrahimovun Anar Abdıyevə pul verməsinin şahidi olmadıqlarını deyiblər.
 
Proses dekabrın 21-də davam etdiriləcək.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA