Ramil Usubov polkovniklə bağlı əmr verdi - Təyinat

img

19-12-2016 [14:17]


Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinə (RPİ) yeni rəis müavini təyin edilib.

Belə ki, müvafiq əmrə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Famil Vəliyev Xəzər RPİ-nin rəisinin əməliyyat işləri üzrə müavini təyin olunub.

Qeyd edək ki, Xəzər RPİ-nin keçmiş rəis müavini İlqar Məmmədov bir neçə ay əvvəl Bərdə RPŞ-nin rəisi təyin olunub

Report



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA