Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

19-12-2016 [12:52]


Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz  3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var.
 
Qərb küləyi gündüz bəzi yerlərdə  arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz  0-5° şaxta  olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA