19-12-2016 [11:53]
Mərkəzi Bankın bir neçə gün əvvəl tam "üzən məzənnə”yə keçəcəyi barədə verdiyi açıqlama, ardından Federal Ehtiyatlar Sisteminin dolların uçot dərəcəsini artıması manatın gələcək taleyi ilə bağlı cəmiyyətdə narahatlıq yaratmaqda davam edir. Hazırda insanları düşündürən sadəcə bir sual var:”Manatı nə gözləyir?”
Bütün bu suallarla bağlı Mia.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı elan edilib.
Verilən məlumatlara görə, hazırda tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi üçün hazırlıq işləri gedir.
"Bildiyiniz kimi, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərinin ucuzlaşması səbəbindən tədiyə balansının cari hesablar hissəsində kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırıb və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğrayıb.. Sonuncu devalvasiya zamanı Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən–tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb. Gedən müzakirələr onu göstərir ki, son 1 ildə tətbiq olunan üzən–tənzimlənən məzənnə rejimi lazımı səmərə vermədiyindən tam üzən məzənnə rejimə keçid istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilib, orta müddətli dövrdə isə tamamilə ləğv edilməsindən sonra təmin edəcək. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı tam üzən məzənnə rejiminə keçidə hələ də hazır deyil. Odur ki, böyük ehtimalla yaxın zamanlarda da manatın kursunun təyini üzən–tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da valyuta bazarına inzibati müdaxilə strategiyası davam edəcək və manata təzyiq başlayandan ( 2014-cü ilin noyabr ayından) indiyə qədər 11 milyard dolları "tonqalda yandıran” Mərkəzi Bank yenə də əvvəlki siyasətini davam etdirəcək.

Qubad İbadoğlu qeyd etdi ki, üzən məzənnə rejiminə keçidin şərtlərinə daxili maliyyə bazarının inkişafı, bazarda risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərin (hedcinqin) həyata keçirilməsi və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim olunması daxildir. Bundan əlavə, bu məqsədlə banklararası bazarın fəaliyyətinin səmərəli qurulması da çox önəmlidir. Bütün bu məsələlər Yol xəritəsində nəzərdə tutulsa da, onların yaxın zamanlarda reallaşdırılması gerçək görünmir. Vəziyyəti dəyərləndirmək üçün ilk növbədə xarici ticarət əməliyyatlarına nəzər yetirək.
Yol xəritəsində nəzərdə tutulur ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq. Əks təqdirdə valyutaya olan tələbatın yüksək olması manatın ABŞ dollarına nəzərən məzənnəsini də sürətlə dəyərsizləşdirə bilər. Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Belə ki, bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb. Müqayisə olunan dövrdə ixracatın 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox azalması müqabilində, idxal əməliyyatları 479,4 milyon dollar və ya 6 faizə qədər azalıb.
Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfəyədək üstələyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istehlak səbətində idxal məhsullarının payı azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz və ya 488 milyon dollar azalıb.
Deməli, "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin tam üzən məzənnə rejimi üzərində qurulacağı inandırıcı görünmür. Çünki, hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər. Bəs belə olan halda hazırki situasiyada manatı nə gözləyir? Fikrimcə qarşıda 2 ssenarı durur.
Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq. Hər iki varinatda yenə də hədəf manatın gerçək və tarazlaşdırılmış məzənnəyə yaxınlaşması olmalıdır ki, o da indiki səviyyədən xeyli yuxarıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi