“Bizim Market”dən fırıldaqçılıq - Təzə adı ilə köhnə çörək satırlar

img

19-12-2016 [11:30]


"Bizim Market” mağazalar şəbəkəsində çörəyin istehsal tarixi ikinci dəfə dəyişdirilərək satılıb.

Jurnalist Mahir Məmmədlinin Feysbuk-da yaydığı məlumata görə, o, Əsəd Əhmədov küçəsindəki "Bizim Market” mağazasından çörək alıb. 

Evdə çörəyin köhnə olduğunu anlayan sakin çörəyin üzərindəki etiketin iki dəfə yapışdırıldığını aşkarlayıb. Sən demə, çörəyin üzərinə yapışdırılan istehsal tarixi iki dəfə dəyişdirilib.

Mahir Məmmədli məsələylə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanladığını da bildirib.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA