18-12-2016 [15:58]
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də keçirilən hərracların nəticələrini qurumun mətbu orqanında («Mülkiyyət» qəzetində) dərc edib.
Rəqabətsiz keçən hərraclarda 7 kiçik dövlət müəssisə və obyekti, bir o qədər də istifadəsiz qeyri-yaşayış sahəsi, 11 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib.
Gəncə pambıqəyirici zavodunu naməlum investor alıb
Bunlardan ölkə iqtisadiyyatı üçün ən önəmlisi Gəncədəki pambıqəyirici zavoddur.
Sözügedən zavod hazırda «MKT İstehsal və Kommersiya» şirkətlər qrupunun istifadəsindədir. Komitə müəssisənin 85 faizinin ilkin qiymətə – 5 milyon 243 min manata satılmasına dair naməlum investorla alqı-satqı-müqaviləsi bağlayıb.
Hərracın yekunları haqda elanda məhz həmin rəqəm əksini tapıb.
ƏMDK sözçüsü: «Texniki xəta olub»
Maraqlıdır ki, hərracın nəticələrinə dair komitənin mətbuata açıqlamasında obyektlərin satışından dövlət büdcəsinə 4,3 milyon manata yaxın vəsaitin daxil olacağı qeyd edilib. Halbuki satışı baş butmuş 26 müəssisə və obyektin satış qiyməti, əslində, toplam 5 milyon 583,7 min manat olub. Fərq 1,2 milyon manatdır.
Aradakı fərqə aydınlıq gətirən ƏMDK sözçüsü Qulu Xəlilov AzadlıqRadiosuna bunun «texniki xəta» olduğunu deyib. Başqa sözlə, dövlət büdcəsinə 4,3 milyon deyil, 5,5 milyon manat çatmalıdır.
Üç, yoxsa 200 nəfər?
«Gəncə Pambıq Əyirici» MMC-nin, bir şirkət olaraq, 15 faizlik payını almaq hüququ 3 nəfərə verilib. Bir ay öncə – hərrac elan olunarkən, AzadlıqRadiosu «Gəncə Pambıq Əyirici» MMC-dəki qaynağına istinadən xəbər vermişdi ki,əslində, burada 3 deyil, 200-dək adam çalışır. Ancaq nə müəssisənin özəlləşdirmə komissiyası, nə də ƏMDK bu iddiaya reaksiya verməyib.
Prezident İlham Əliyev bu ilin iyulunda Dövlət Özəlləşdirməyə Nəzarət Komissiyasına nəzarəti gücləndirməyi, bu sahədə aşkarlığı təmin etməyi tapşırıb. Həmin komissiya baş nazir Artur Rasi-zadənin sədrliyi ilə 2007-ci ilin martında yaradılıb.
azadliq.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi