Evdə it, pişik və digər ev heyvanlarının saxlanması qaydası dəyişib - Hökumət qərarı

img

18-12-2016 [15:53]


Nazirlər Kabineti "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda dəyişiklik edib.

Qaydalara əsasən qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması qadağan olunub.

Dəyişikliyə əsasən bundan sonra qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılması qadağandır. Başqa sözlə, qanunla müəyyən edilmiş hallarda qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatlar aparılacaq(apa).

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA